
2025-ci ildə ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, Şimali Koreya və İsrail nüvə arsenalının modernləşdirilməsini davam etdirib.
APA bildirir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) iyunun 8-də yayımladığı illik hesabatında belə deyilir.
Hesabata görə, bu ölkələrin əksəriyyəti yeni nüvə sistemləri və ya nüvə silahı daşıya bilən texnikaları döyüş növbətçiliyinə qəbul edib.
Dünyadakı ümumi nüvə başlıqlarının sayı 2026-cı ilin yanvarına təxminən 12 187 olub. Onlardan 9 745-i potensial istifadəyə hazır vəziyyətdə saxlanılıb.
Təxminən 4 012 döyüş başlığı raketlər və təyyarələrdə yerləşdirilib, 2 100–2 200 arası isə yüksək döyüş hazırlığı vəziyyətində ballistik raketlərdə saxlanılıb. Bu arsenalın böyük hissəsi Rusiya və ABŞ-a məxsusdur.
SIPRI analitikləri qeyd edirlər ki, "Soyuq müharibə"nin başa çatmasından sonra ABŞ və Rusiyada köhnə nüvə başlıqlarının məhv edilməsi yeni istehsalı üstələyirdi və bu səbəbdən qlobal ehtiyatlar azalırdı.
Lakin institutun qiymətləndirməsinə görə, yaxın illərdə bu tendensiya dəyişəcək. Belə ki, nüvə silahlarının azaldılması prosesi zəifləyir, yeni sistemlərin yerləşdirilməsi isə sürətlənir.
Hesabatda Avropa ölkələrinin də təhlükəsizlik riskləri fonunda müdafiə proqramlarını təcili şəkildə yenidən nəzərdən keçirdiyi vurğulanıb.
Maraqlıdır, bəs həmin ölkələr nüvə silahlarını necə əldə ediblər?
Senzor.az-ın aşağıda təqdim etdiyi video məhz bu məsələdən bəhs edir. Mütləq baxın...