
Futbol üzrə dünya çempionatının açılış mərasimi keçirilib.
Senzor.az bildirir ki, tədbir Meksikanın paytaxtı Mexikoda yerləşən “Asteka” stadionunda təşkil olunub.
Mərasimin bədii hissəsində dünyaşöhrətli müğənni Şakira, həmçinin David Getta, EJAE, Meqan Covon Rut Pit və Andrea Boçelli çıxış ediblər. 
Meksika – Cənubi Afrika Respublikası oyunu öncəsi dünya çempionatının səfiri Salma Hayek Pinault meydana çıxaraq dünyanın müxtəlif ölkələrindən olan azarkeşləri salamlayıb. O, İspan dilində çıxış edərək Meksikanın ABŞ və Kanada ilə birlikdə mundiala ev sahibliyi etməsindən qürur duyduqlarını bildirib.
Daha sonra dünya çempionatında iştirak edən 48 ölkənin dövlət bayraqlarının paradı təşkil olunub.
Açılış mərasimindən sonra Meksika və Cənubi Afrika Respublikası yığmaları arasında mundialın ilk oyunu start götürüb.
Qarşılaşma ev sahibi komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Xulian Kinyones və Raul Ximenes vurublar.
Afrika təmsilçisi görüşü 9 nəfərlə başa vurub. Əvvəlcə Yaya Sitole, daha sonra Temba Zvane qırmızı vərəqə alaraq meydanı tərk ediblər. Meksika millisinin heyətində isə Sesar Montes meydandan qovulub.
Qeyd edək ki, bu qrupun digər oyununda Cənubi Koreya millisi Çexiyanı sınağa çəkib. Həmin görüş Qvadalaxara stadionunda Bakı vaxtı ilə saat 06:00-da başlayıb və asiyalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb. 
Onu da qeyd edək ki, dünya çempionatına ABŞ, Kanada və Meksika birgə ev sahibliyi edir. FIFA digər iki ev sahibi ölkədə də ilk qarşılaşmalardan əvvəl açılış tədbirlərinin keçirilməsini planlaşdırır.