Rusiya hərbçiləri Xarkovda növbəti dəfə atəş açıblar.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, onlar Xarkov Fizika və Texnologiya İnstitutu Milli Elmi Mərkəzinin ərazisini “Qrad” reaktiv yaylım atəşi sistemlərindən atəşə tutublar.
Ukrayna Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, mərkəz 37 nüvə yanacağı elementi ilə təchiz edilmiş “Neytronların Mənbəyi” adlı eksperimental nüvə obyektinə malikdir.
“Nüvə obyektinin və nüvə materialları üçün saxlama anbarlarının dağıdılması genişmiqyaslı ekoloji fəlakətə səbəb ola bilər”, - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, Ukrayna Təhlükəsizlik Şurasının Xarkov vilayəti üzrə müstəntiqləri Xarkov Vilayət Prokurorluğunun prosessual rəhbərliyi altında ekosid maddəsi (Ukrayna Cinayət Məcəlləsinin 441-ci maddəsi) ilə cinayət işi açıblar.