
Bu barədə Rusiyanın Belarusdakı səfirliyi “Teleqram” kanalında məlumat yayıb.
Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak UNİAN-a bildirib ki, Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə Belarusda keçirilən danışıqlarda bəzi müsbət irəliləyişlər qeydə alınıb.
"Danışıqların üçüncü raundu başa çatıb. Humanitar dəhlizlərin maddi-texniki təminatının yaxşılaşdırılmasında bəzi müsbət irəliləyişlər var. Atəşkəs və təhlükəsizlik zəmanətləri ilə yanaşı, nizamlamanın əsas siyasi bloku üzrə intensiv məsləhətləşmələr davam etdirilib", - Podolyak qeyd edib.
Danışıqların 3 saat davam etdiyi bildirilir.
**18:51
Belarusda Ukrayna və Rusiya nümayəndələri arasında danışıqlar başlayıb.
Bu barədə "RİA Novosti" xəbər yayıb.
Qeyd edilir ki, danışıqlar yerli vaxtla saat 17:50-də (Bakı vaxtı ilə saat 18:50) başlayıb.
**09:44
Bu gün Ukrayna ilə Rusiya arasında danışıqların üçüncü raundu keçiriləcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ukrayna nümayəndə heyətinin üzvü, hakim “Xalqın xidmətçisi” Partiyasının parlament fraksiyasının rəhbəri David Araxamia görüşün əvvəlki kimi Polşa-Belarus sərhədində olacağını deyib.
Onun sözlərinə görə, danışıqlar Belovejskdə - Puşedə yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 16:00) başlayacaq.
D.Araxamia onu da bildirib ki, danışıqlarda ən problemli məsələ Krım, həmçinin LXR və DXR-in müstəqilliyinin tanınması ilə bağlıdır: “Rusiya onların müstəqilliyini tanımağımıza təkid edir, ancaq onlar Ukraynanın bir hissəsidir, təbii ki, bu mövqe Ukrayna ictimaiyyəti üçün qəbuledilməzdir”.
Yeri gəlmişkən, müzakirələrin martın 7-də keçiriləcəyini Rusiya nümayəndə heyətinin üzvü, Dövlət Dumasının Beynəlxalq Münasibətlər Komitəsinin rəhbəri Leonid Slutski də təsdiqləyib.