Qalibaf: Xarici güclər regiondan çıxmalıdır

İran İslam Respublikası son müharibədə çəkdiyi bütün əzab və itkilərə baxmayaraq zorakılığın deyil, məntiqin, müqavimətin üstün tutulması prinsipinə sadiqdir.

 

Senzor.az bildirir ki, bunu İranın İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, təcrübə göstərdi ki, diplomatiya yalnız qarşılıqlı hörmət, bərabərlik, dövlətlərin suverenliyinin tanınması və xalq dəstəyinə əsaslandıqda davamlı və səmərəli ola bilər: "İslamabad anlaşması da təzyiq və məcburiyyətin deyil, İran xalqının müqaviməti və qüdrətinin nəticəsi idi. Bu anlaşma göstərdi ki, dialoq yalnız qarşı tərəf öz iradəsini qədim və mədəni bir xalqa zorla qəbul etdirməkdən əl çəkdikdə və onun hüquqlarını tanıdıqda nəticə verir".

 

M.B.Qalibaf bəyan edib ki, İranın siyasətinin əsas məqsədi regionun təhlükəsizliyinin region ölkələrinin özləri tərəfindən təmin edilməsidir: " Bu mənada İran istənilən müsbət təşəbbüslərə sadiqdir. Biz heç vaxt dostlarımızı tək qoymamışıq. İran düşünür ki, xarici güclər regiondan geri çəkilməlidir. Asiyada kənar güclərin qüvvələri olmamalıdır.".

 

O, Fələstin məsələsində də İranın mövqeyinin dəyişməz olduğunu vurğulayıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.