Ukrayna azərbaycanlılarının qaçqın düşərgəsi: MOLDOVADAKI SƏFİRİMİZ NİYƏ QƏZƏBLİ DANIŞDI?!
VİDEO/FOTO
10 min qaçqınımızın olduğu Moldovadakı səfirimiz Qüdsi Osmanov əlindən gələn hər şeyi edir ki, soydaşlarımızın əziyyətləri qismən də olsa, azalsın, çarəsizliklərinə çarə bulunsun.
 
TV Musavat səfirin dünən Moldovadakı qaçqınlarımızın bir qismi ilə görüşünün və orada danışdıqlarının kiçik bir parçasını izləyicilərinə təqdim edib. Batmış səsi, yorğun görkəmi ilə səfir Ukraynadan qaçqın düşmüş soydaşlarımızla izahat işləri aparır, onlara mümkün olan təxliyə sxemini açıqlayır.
 
Artıq hər kəs Moldivadakı səfirimizin fədakar əməyini, Azərbaycan dövləti adına göstərdiyi sistemli fəaliyyəti təqdirlə qeyd edir.
 
Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində hər şeyini itirmiş, Ukraynadakı bütün həyatını 2-3 çamadana sığışdıraraq, başını götürüb qaçmış soydaşlarımız hazırda Moldovada, Rumıniyada, Polşada və Ukraynanın Qərbində - Lvov şəhərində müvəqqəti qaçqın məskənlərindədir. Onlardan təxminən 1000 nəfərini isə Türkiyə dövləti atəş altından çıxararaq, İstanbula gətirib.
 
Belə bir fəlakətin içərisində fəaliyyət göstərməyə məcbur qalan Moldova səfirimiz Qüdsi Osmanovun gündəlik həyatından və qaçqınlarımızla içindən cəmi 5 dəqiqəni izləyək:






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.