İsrail Azərbaycana yeni tibbi avadanlıqlar bağışlayıb.
Senzor.az bildirir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik “Tvitter” səhifəsində yazıb.
“Azərbaycanın müxtəlif bölgələrində yerləşən xəstəxanalara 1 tondan çox tibbi ləvazimat bağışladıq. Çünki İsrail və Azərbaycan dostdur və biz bir-birimiz üçün ən yaxşısını istəyirik”, - diplomat bildirib.
Səfir vurğulayıb ki, İsrail öz dostları ilə əməkdaşlığa önəm verir: “İsrail-Azərbaycan tərəfdaşlığı inkişaf etməkdə davam edir və xatırlayırıq ki, həyat tərzimizi yaxşılaşdırdıqca ilk növbədə həyatın qayğısına qalmalıyıq. İsrail ictimai səhiyyədə - pandemiyalarla mübarizədə və insanların rifahının real yaxşılaşdırılmasında dünya lideridir. Biz dostlarımızla birlikdə işləməyə hər zaman hazırıq. Çünki hamımızın anaları, ataları və övladları var və onlar ən yaxşısına layiqdirlər. Azərbaycan xalqı bizim üçün önəmlidir. Çünki biz dostuq və bir-birimizin qayğısına qalırıq. Bu gün mən məmnuniyyətlə bildirmək istəyirəm ki, Səhiyyə Nazirliyi ilə əməkdaşlıq çərçivəsində biz Azərbaycana 1 tondan çox tibbi avadanlıq bağışlayırıq. Bu sizə, dostlarımıza, Azərbaycan xalqına xidmət etmək üçün ölkədəki xəstəxanalara paylanılacaq. Sizə və ailənizə hər zaman sağlam olmağı arzu edirik”.
Səfir tibbi ləvazimatları səhiyyə nazirinin müavini Nadir Zeynalova təqdim edib.