
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Ukrayna və Rusiya liderlərinin görüşünün mümkünlüyü barədə danışarkəın deyib.
O bildirib ki, Rusiyanın mövqeyi qəti və aydındır, Ukrayna tərəfinə görüşdə təqdim edilib və cavab gözləyirik.
Qeyd edək ki, Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın da Putinlə Zelenskinin görüşündən danışıb: "Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Prezident Vladimir Putin heç bir tərəddüd etmədən Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə bilər. Ona görə də yaxın vaxtlarda Rusiya və Ukrayna prezidentlərinin görüşü mümkündür. Məncə, bu, çox yaxşı əlamətdir. Belə bir görüşün yaxın gələcəkdə baş tutmasının mümkünlüyünü ehtimal etməyə hər cür əsas var”.