Türkiyənin müasir texnologiya hərəkatının banisi hesab edilən “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar “Bayraktar” pilotsuz uçuş aparatının (PUA) yeni modelinin adını açıqlayıb və maketinin şəklini nümayiş etdirib.
O, bununla bağlı “Tvitter” səhifəsində paylaşım edib.
“İstehsal xəttinə 3 il yarımdan sonra daha böyük və çevik balıq girdi. PDUS – Pilotsuz Döyüş Uçuş Sistemi: “Bayraktar Kızılelma”. Yoldadır, gəlir. İzləmədə qalın”, - deyə o vurğulayıb.
“Report” xatırladır ki, qədim türk mifologiyasına əsasən, “Qızıl alma” türklərin, xüsusilə oğuz türklərinin can atmalı olduğu utopiya və ideallardır. Türkçülüyün simvollarından biri olan “Qızıl alma” bir növ arzulanan, lakin uzaq, hətta əlçatmaz məqsəd hesab edilir.