
Bunları xarici işlər naziri Ceyhun Bayramov “Haber Global”a müsahibəsində deyib.
“Əlavə olaraq bizim hərbçilərimiz vaxtaşırı erməni hərbçilər tərəfindən bəlli mühəndis istehkam işlərinin aparılmasını müşahidə edirlər. Yəni onlar öz mövqelərini yaxşılaşdırmaq istəyirlər. Təbii, hər kəs başa düşür ki, Azərbaycan ərazisində bunu etmək qəbuledilməzdir və bu barədə onlara dəfələrlə xəbərdarlıq olunub. Buna cavab olaraq onlar tərəfindən təxribatlar törədilir. Belə olan təqdirdə təbii ki, Azərbaycan Silahlı Qüvvələri buna adekvat cavab verirlər və verəcəklər”, - Ceyhun Bayramov əlavə edib