Pentaqonun keçmiş rəhbəri: ABŞ-İRAN MÜNAQİŞƏSİ DAHA ALTI AY DAVAM EDƏ BİLƏR

ABŞ ilə İran arasında silahlı münaqişənin daha altı ay davam etməsi mümkündür.

 

Bunu ABŞ-ın keçmiş müdafiə naziri Leon Panetta “The Guardian” qəzetinə müsahibəsində deyib.

 

Panetta bildirib ki, tərəflər “dəhşətli çıxılmaz vəziyyətdədir” və müharibəyə son qoymaq üçün mümkün variantların sayı çox azdır. Onun sözlərinə görə, Donald Tramp administrasiyasının Yaxın Şərqdə uzunmüddətli müharibəyə cəlb olunmaq riski var.

 

Keçmiş müdafiə naziri ABŞ Prezidentinin qarşısında üç əsas variantın olduğunu qeyd edib. Bunlardan birincisi, hərbi əməliyyatlara son qoymaq, ikincisi, hava zərbələrini davam etdirmək, üçüncüsü isə Hörmüz boğazına nəzarəti ələ keçirməkdir.

 

Panetta hesab edir ki, hava hücumlarının davam etdirilməsi münaqişənin uzanmasına səbəb ola bilər. Hörmüz boğazına nəzarətin ələ keçirilməsi isə İranın mühüm strateji üstünlüyünü itirməsi ilə nəticələnə bilər.

 

Keçmiş Pentaqon rəhbəri Vaşinqtonun İraq və Əfqanıstan müharibələrinə bənzər “başqa bir uğursuz müharibəyə” cəlb olunmasından narahatlığını da ifadə edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.