Kiyevdə Zelenskinin Uitkoff və Kuşnerlə 4 saatlıq görüşü başa çatdı - TƏRƏFLƏR MƏTBUAT KONFRANSINDA NƏLƏRİ AÇIQLADILAR?
VİDEO

Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampın nümayəndələri - Stiv Uitkoff və Cared Kuşnerlə 4 saata qədər davam edən görüşü başa çatıb.

 

Senzor.az bildirir ki, V.Zelenski mediaya bəyanatına yumorla başlayaraq deyib ki, görüşdə onlar daha çox işləyiblər, nəinki son vaxtlar ukraynalıların daha çox ehtiyacı olduğu ABŞ-ın "Patriot" sistemləri.

 

"Eyni zamanda ABŞ Prezidenti nümayəndələrinin bugünkü səfərinin digər ən böyük əhəmiyyəti də odur ki, onların burada olmasına görə Rusiya bu gün Kiyevi vurmadı" - deyə V.Zelenski S.Uitkoffa minnətdarlıq edib.

 

Ukrayna Prezidenti qeyd edib ki, danışıqlarda onun üçün əsas uğur ölkəsinin müdafiə sisteminin gücləndirilməsi iıə bağlı nəticələrdir: "2027-ci ildə ABŞ "Patriot" HHM sistemləri üçün raketlərin istehsalını artıracaq. Ukrayna raket əleyhinə silah istehsalının həcminin artırılmasına ümid bəsləyir. ABŞ tərəfi gələn il "Patriot" üçün antiballistik raketlərin istehsal həcmini artıracaq. Hesab edirik ki, istənilən halda, müharibə başa çatacaq, buna baxmayaraq bunlar bizə lazım olacaq. Biz dövlətimizin müdafiəsi üçün belə sistemlərə ümid bəsləyirik. Ona görə də gələn il həcmləri artıracağıq. Mən buna tam əminəm".

 

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Birləşmiş Ştatlar, Rusiya və Ukraynanın tezliklə üçtərəfli danışıqlar elan edə biləcəyini bildirib.

 

Amerikalı nümayəndə qeyd edib ki, Prezident Donald Tramp ona və kürəkəni Cared Kuşnerə müharibəyə son qoymaq üçün bir sıra razılaşmalar hazırlamağı tapşırıb.

 

"Stiv (Uitkoff-red.) və mənim həqiqətən məhsuldar olacağını düşündüyümüz şeylərdən biri təxminən altı ay əvvəl edə bildiyimiz üçtərəfli formata qayıtmaqdır. Hər iki tərəflə danışmışıq, ona görə də ümid edirik ki, tezliklə bu məsələdə irəliləyiş əldə edəcəyik", - Kuşner deyib.

 

Uitkoff Kiyevdəki danışıqları vacib və məzmunlu adlandırıb.

Xatırladaq ki, Uitkoff və Kuşner Kiyevə gəlməzdən əvvəl – sentyabrın 5-də Kremldə Rusiya Prezidenti Vladimir Putinlə 3 saat 10 dəqiqə davam edən qapalı danışıqlar aparıblar. Rusiya tərəfi amerikalı elçilərin münaqişənin tənzimlənməsi ilə bağlı ciddi təkliflərlə gəldiklərini bildirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.