Rusiyada Dövlət Dumasına seçkilər başa çatdı – İLKİN NƏTİCƏLƏR
VİDEO

Rusiyada Dövlət Dumasına keçirilən seçkilərdə üç günlük səsvermə başa çatıb. Bütün seçki məntəqələri bağlanıb, lakin seçkilərin yekun nəticələri hələ açıqlanmayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, sentyabrın 20-də Moskva vaxtı ilə saat 21:00-a seçici fəallığı 56,66 faiz təşkil edib.

 

Bu göstərici 1993, 2003, 2016 və 2021-ci illərdə keçirilən Dövlət Duması seçkilərində qeydə alınan fəallıqdan yüksəkdir.

 

Belə ki, 1993-cü ildə seçici fəallığı 54,81 faiz, 2003-cü ildə 55,75 faiz, 2016-cı ildə 47,88 faiz, 2021-ci ildə isə 51,72 faiz olub.

 

MSK-nın ilkin məlumatlarına əsasən, bülletenlərin 18,5 faizi hesablandıqdan sonra “Vahid Rusiya” 57,06 faiz səslə liderlik edir.

 

Rusiya Federasiyası Kommunist Partiyası 13,98 faizlə ikinci, Liberal Demokrat Partiyası 9,34 faizlə üçüncü yerdədir.

 

MSK sədri Ella Pamfilova bildirib ki, seçkilərin yekun nəticələri sentyabrın 25-dən əvvəl rəsmi şəkildə açıqlanmayacaq. Buna görə də hazırda açıqlanan göstəricilər yalnız ilkin nəticələr hesab olunur.

 

Doqquzuncu çağırış Dövlət Dumasına seçkilər sentyabrın 18-dən 20-dək keçirilib. Səsvermə həm seçki məntəqələrində, həm də məsafədən təşkil olunub. Onlayn səsvermədən 33 bölgədə istifadə edilib(Bax:https://www.youtube.com/shorts/u7ej8kw6poM).






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.