"Ukraynada davamlı atəşkəsin əldə olunması üçün səylərimizi əsirgəməyəcəyik".
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniyanın Kansleri Olaf Şolts ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Görüşdə əsasən Rusiya-Ukrayna böhranı ilə bağlı müzakirələr apardıqlarını vurğulayan Prezident bildirib ki, mülki şəxslər üçün humanitar dəhlizlər yaradılmalıdır. O, indiki çətin məqamda Ukraynaya edilən yardımları da xatırladıb: "NATO ölkələrinin Ukrayna üçün etmədiklərini biz etdik, o dəstəyimizi göstərdik. Humaitar məsələlərdə də eyni şəkildə 50-ə yaxın humanitar dəstəklə dolu TIR-ı Ukraynaya göndərmişik”.
Bunula belə, Türkiyə lideri qeyd edib ki, burada ən əsas və mühüm məsələ atəşin dayandırılmasıdır.