Dünya birjalarında neft qiymətləri artıb.
Senzor.az bildirir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,62 dollar artaraq 120,65 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,56 dollar bahalaşaraq 113,90 dollar olub
Azərbaycan neftinin də qiyməti artıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,58 dollar artaraq 123,87 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da qeydə alınmışdı - 135,99 dollar.
Onu da xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.