
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Kiyev şəhər meri Vitali Kliçko məlumat verib.
Onun sözlərinə görə, komendant saatı bu gün saat 20:00-dan başlayacaq və 28 mart saat 07:00-a kimi davam edəcək.
Kliçko komendant saatı müddətində mağazalar, apteklər, yanacaqdoldurma məntəqələri və digər obyektlərin işləməyəcəyini diqqətə çatdırıb. Qeyd olunub ki, bu müddətdə insanlar yalnız evdə və sığınacaqlarda qala biləcəklər.