Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
 
Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
 
Qeyd olunur ki, liderlər Rusiya-Ukrayna müharibəsindəki mövcud durumu, eləcə də böhranın həlli istiqamətində aparılan danışıqların gedişi vəziyyətini müzakirə ediblər.
 
Ərdoğan Rusiya ilə Ukrayna arasında atəşkəsin və sülhün əldə olunmasının, o cümlədən bölgədəki humanitar vəziyyətin yaxşılaşdırılmasının vacibliyini vurğulayaraq bu prosesdə Türkiyənin hərtərəfli təsir göstərməyə davam edəcəyini bildirib.
 
Prezidentlər Rusiya və Ukrayna heyətlərinin növbəti görüşünün İstanbulda keçirilməsi ilə bağlı razılığa gəliblər.
 
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan martın 25-də eyni mövzu ətrafında Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparmışdı.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.