Azərbaycan Qarabağda Pakistanla birgə müəssisələr yarada bilər
KONKRET TƏKLİFLƏR VAR
"Azərbaycan və Pakistanın işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı planları var, iki ölkənin birgə müəssisələr yaratması təklif edilir".
 
Bunu “Report”a açıqlamasında Azərbaycan-Pakistan İqtisadi Əməkdaşlıq Palatasının sədri Xürrəm Bhattin deyib.
 
“Pakistan çox böyük, inkişaf etmiş aqrar sektora malik olduğundan, Azərbaycanla birlikdə Qarabağda bəzi layihələr həyata keçirə bilər. İki ölkənin şirkətlərinin Gəncədə düyü dəyirmanı açmaq planları da var. Azərbaycan tərəfi ilə birgə müəssisənin açılması ilə bağlı müzakirələr aparılır. Pakistan şirkətləri Qarabağda tikinti işlərində də mühüm rol oynaya bilər. Artıq bununla bağlı bəzi şirkətlər Azərbaycanın müxtəlif institutları ilə danışıqlar aparır. Bu, Azərbaycana əhəmiyyətli dərəcədə birbaşa xarici investisiya gətirə bilər", - deyə o qeyd edib.
 
Dövlət Gömrük Komitəsinin məlumatına görə. bu ilin yanvar-fevral aylarında Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsinin dəyəri 3,4 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 70 % çoxdur.
 
Hazırda Azərbaycanda 2 mindən çox Pakistan şirkəti var.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.