ATƏT sədri Azərbaycana gəlir
ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau bu həftə Cənubi Qafqaza səfər edəcək.
 
Senzor.az ATƏT-in mətbuat xidmətinə istinadən bildirir ki,  Zbiqnev Raunun regona səfəri martın 29-dan aprelin 1-dək davam edəcək.
 
Səfər çərçivəsində o, Gürcüstan, Azərbaycan və Ermənistanda olacaq.
 
Z. Rau Gürcüstanda prezident Salome Zurabişvili, baş nazir İrakli Qaribaşvili, baş nazirin müavini və xarici işlər naziri David Zalkaliani və parlament sədrinin birinci müavini Giorgi Volski ilə görüşəcək.
 
O, Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparacaq.
 
Ermənistanda Rau prezident Vaaqn Xaçaturyan, baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək.
 
Səfər Cənubi Qafqaz regionunda dinc əməkdaşlıq, dialoq və sabitliyin təşviqinə yönələcək.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.