Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistana səfərə yola düşüb.
Senzor.az bildirir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən məlumat verilib.
Türkiyə lideri Özbəkistanın paytaxtı Daşkənddə həmkarı Şavkat Mirziyoyevlə görüşəcək. Həmçinin iki ölkə arasındakı əməkdaşlığın daha da dərinləşdirilməsi üçün lazımi tədbirlər müzakirə ediləcək.
Görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, səfər çərçivəsində müxtəlif müqavilə və anlaşma memorandumlarının imzalanması gözlənilir.
Xatırladaq ki, Türkiyə keçən il Rusiya və Çindən sonra Özbəkistanda ən çox şirkət quran üçüncü ölkə olub. Belə ki, 2022-ci ilin yanvar ayına olan məlumata görə, Özbəkistanda fəaliyyət göstərən türk kapitallı şirkətlərin sayı 2123-ə çatıb ki, onların da 407-si 2021-ci ildə qurulub.
Özbəkistanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü olan 2022-ci ildə ticarət həcminin 5 milyard ABŞ dollarına çatacağı gözlənilir.