Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar aprelin 1-də bərpa olunacaq.
Senzor.az bildirir ki, bunu Ukrayna nümayəndə heyətinin rəhbəri, deputat David Araxamiya yerli mətbuata açıqlamasında deyib.
Onun sözlərinə görə, prezidentlərin üzbəüz görüşündə müzakirə obyektinə çevriləcək sənədlər paketi bir həftə sonra hazır olmalıdır.
"O ki qaldı üzbəüz görüşə, Rusiya tərəfinin cavabını gözləyirik. Onlar iki-üç gün təklifimizə necə cavab verəcəkləri barədə düşünəcəklər. Biz onlara iki ölkə liderlərinin görüşünün keçirilməsi vaxtının yetişdiyini bildirdik. Düşünürəm ki, bir həftə ərzində bizdən asılı olduğumuzun üzərində işləyəcəyik, daha mandatımız olmayacaq. Bundan sonra isə prezidentlərin görüşünü gözləyəcəyik”, - Araxamiya bildirib.
O, həmçinin vurğulayıb ki, Ukrayna tərəfi prezidentlərin Rusiya və ya Belarusda görüşünün keçirilməsinin əleyhinədir. Ukrayna nümayəndə heyətinin rəhbərinin fikrincə, ən yaxşı yer Türkiyə ola bilər.