
Senzor.az bildirir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 5,20 dollar ucuzlaşaraq 108,25 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 5,79 dollar azalaraq 102,03 dollar olub.
Azərbaycan neftinin qiymətinə gəlincə, o bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 4,87 dollar artaraq 117,15 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da qeydə alınmışdı - 135,99 dollar.
Onu da xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.