
Senzor.az bildirir ki, təqdimat mərasimini tədbirin aparıcısı Qulu Məhərrəmli açıb. Sonra şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib, erməni vəhşiliyini əks etdirən video-çarx nümayiş olunub.

Xalq yazıçısı Çingiz Abdullayev ermənilərin tarixən törətdiyi vəhşiliklərdən bəhs edib: “Kitabda Azərbaycan xalqına qarşı törədilmiş faciələrin əsas səbəbkarlarının məhkəməsi qurulub. Mən bu siyahıya Sarkisyanı, Koçaryanı, Seyran Akoryanı da əlavə edərdim”.







Kitabda həmçinin çoxsaylı ensiklopedik məlumat yer aldığından əsərdən tələbələrdən siyasətçilərə qədər hər kəs yararlana bilər. Əsərin daha 4 dildə - türk, rus, ingilis və erməni dillərində çapı nəzərdə tutulur ki, artıq rus dilində nəşri çapa hazırlanır.
