Aprelin 1-də Ukraynanın Zaporojye vilayətində tərəflər arasında əsirlərin növbəti mübadiləsi aparılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbər müavini Kirilo Timoşenko məlumat verib.
Onun sözlərinə görə, 15-i qadın olmaqla, 86 Ukrayna hərbçisi əsirlikdən azad edilib. Timoşenko həmçinin qeyd edib ki, azad edilmiş hərbçilər artıq təhlükəsiz yerdədirlər və hazırda onların həyatına heç bir təhlükə yoxdur.
Qaytarılan rusiyalı hərbçilərin sayı və mübadilənin təfərrüatları açıqlanmayıb.