ABŞ Prezidenti Cozef Bayden dünya müsəlmanlarını Ramazan ayının başlanması münasibətilə təbrik edib.
Senzor.az bildirir ki, bu barədə C.Bayden özünün "Twitter" hesabında paylaşım edib.
"Cil və mən Ramazan ayının başlanması ilə əlaqədar Birləşmiş Ştatlarda və bütün dünyada yaşayan müsəlman icmalarına ən xoş arzularımızı çatdırırıq. Xalq Evindən öz evlərinizə, sizə və yaxınlarınıza bərəkətli və tərəqqili bir ay arzulayırıq. Ramazan ayınız mübarək!".