Türk Aviasiya və Kosmos Sənayesi Şirkəti (TUSAŞ) yeni “Supersonik” hədəf dronunun prototipini təqdim edib.
Məlumatı “A Haber” yayıb.
Yeni hədəf dronu bir sıra xüsusiyyətlərə malik olacaq. Dron elektron hücum, elektron dəstək, hədəf təyyarə və saxta hədəf kimi bir çox kritik vəzifəni yerinə yetirə biləcək.
Əsas xüsusiyyəti isə saxta hədəf vəzifəsinin icrası olacaq. Yəni, düşmənin hava hücumundan müdafiə (HHM) sisteminin radarında “saxta təyyarə” görüntüsü yaradacaq və həmin HHM sistemlərinin yeri müəyyənləşəcək.
Hazırda dronların sınaq müddəti davam edir. “Supersonik” hədəf dronunun “Anka” və "Aksunqur” PUA-larından buraxılacağı bildirilir.