"ABŞ Rusiyaya qarşı hər gün daha sərt sanksiyalar üzərində işləyir".
Bunu ABŞ dövlət katibi Entoni Blinken CNN telekanalına müsahibəsində deyib.
Dövlət katibi, həmçinin deyib ki, ABŞ Kiyevə istifadə edə biləcəkləri silahların ötürülməsini təmin etmək üçün dünya ölkələri ilə işləyir.
"Mən konkret silah sistemləri haqqında danışa bilmərəm, lakin deyə bilərəm ki, bizim administrasiyamız Ukraynaya təkcə son bir ayda 2,3 milyard dollar, o cümlədən 1,6 milyard dollarlıq təhlükəsizlik sistemləri verib. Biz Ukraynanın ehtiyac duyduğu və istifadə edə biləcəyi sistemləri almasına çalışırıq”, - Blinken əlavə edib.