
Yerli KİV-in yazdığına görə, o, bu barədə xalqa növbəti videomüraciətində məlumat verib.
"Bu gün NATO-nun Buxarestdə keçirilən sammitinin on dördüncü ildönümüdür. Ukraynanı Şərqi Avropadakı "boz zona"dan çıxarmaq şansı var idi. NATO ilə Rusiya arasındakı "boz zona"dan. Ukraynanın guya NATO-ya üzv ola biləcəyi ilə bağlı optimist diplomatik mülahizələrin arxasında 2008-ci ildə Ukraynanı Alyansa qəbul etməkdən imtina gizlənirdi. Onlar düşünürdülər ki, Ukraynadan imtina etməklə Rusiyanı sakitləşdirə, onu Ukraynaya hörmət etməyə, bizim yanımızda normal yaşamağa inandıra biləcəklər”, - Prezident bildirib.
