
Bunu Trend-ə müsahibəsində AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kendis Makdeyqan deyib.
"AİB özəl investisiyaların səfərbər edilməsi üçün əlverişli mühitin yaradılmasına kömək etməklə Azərbaycan hökumətinin özəl sektorun inkişaf proqramını dəstəkləyir", - deyə K.Makdeyqan bildirib.

Qeyd edək ki, Azərbaycan AİB-ə 1999-cu ildə qoşulub. AİB-in ölkədəki əməliyyatları özəl sektorun inkişafının stimullaşdırılması, dövlət sektorunun effektivliyinin artırılması, infrastrukturun təkmilləşdirilməsi və insan kapitalının möhkəmləndirilməsinə yönəlib.
AİB əsas diqqəti struktur islahatlarının dəstəklənməsinə, institutların möhkəmləndirilməsinə və innovativ layihələrin maliyyələşdirilməsinə yönəldir. Bank həmçinin Azərbaycana, dayanıqlı inkişaf sahəsində məqsədlərə nail olmaqda kömək edir.