
Senzor.az bildirir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda öz əksini tapıb.
Sənədə əsasən, sözügedən vəzifənin icrası İqtisadiyyat Nazirliyinə, yerli icra hakimiyyəti orqanlarına, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (“ASAN Xidmət”) həvalə olunub.
Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının təsdiqi Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması ilə bağlı dövlət xidmətlərinin elektronlaşdırılması, yaşayış sahəsinə ehtiyacı olan şəxslərin, təklif edilən mənzil fondunun siyahılarının ictimaiyyət üçün açıq şəkildə rəsmi internet saytında dərc edilməsi üçün zəruri təşkilati tədbirlər görülməsi, vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması ilə bağlı elektron xidmət göstərilməsi, yaşayış sahəsinə ehtiyacı olan şəxslərin və təklif edilən mənzil fondunun siyahılarının ictimaiyyət üçün açıq şəkildə yerli icra hakimiyyəti orqanlarının rəsmi internet səhifələrində dərc edilməsi nəzərdə tutulub.