Azərbaycanla Gürcüstan arasında 6 sərhəd-keçid məntəqəsi müəyyən edildi - SİYAHI
Azərbaycan və Gürcüstan arasında dövlət sərhədini keçmək üçün 6 buraxılış məntəqəsi müəyyən edilib.
 
Senzor.az bildirir ki, bu barədə məsələ parlamentin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən buraxılış məntəqələri haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb.
 
Layihəyə əsasən, həmin buraxılış məntəqələri aşağıdakılardır:
 
1. Daimi, beynəlxalq, sərnişin və yük əlaqələri üçün 
Dəmiryolu 
“Böyük-Kəsik(Azərbaycan) - Qardabani (Gürcüstan); 
Avtomobil
- “Qırmızı körpü” (Azərbaycan) – “Krasniy Most” (Gürcüstan);
- “Mazımqara” (Azərbaycan) – “Tsodna” (Gürcüstan).
 
2. Daimi avtomobil, sərnişin və yük əlaqələri üçün birgə, beynəlxalq, avtomobil buraxılış məntəqələri
 
“İpəkyolu” (Azərbaycan) – “Abreşumis Qza” (Gürcüstan);
 
3. Daimi, dövlətlərarası sərnişin və yük əlaqələri üçün 
 
piyadalar üçün avtomobil yolu
“Sadaxlı” (Azərbaycan) – “Vaxtangisi” (Gürcüstan)
 
4. Mövsümi dövlətlərarası, sərnişin və yük əlaqələri üçün yalnız sərhədyanı rayonlarda yaşayan vətəndaşlar üçün (yay vaxtı buraxılış rejimi saat 08:00-dan 21:00-dək, qış vaxtı saat -08:00-dan 18:00-dək 
piyadalar üçün avtomobil yolu
“Muğanlı” (Azərbaycan) – “Samtatskaro” (Gürcüstan).
 
Sənədə əsasən, tərəflərin səlahiyyətli orqanları ayrı-ayrı protokollarla “İpəkyolu” – “Abreşumis Qza” birgə buraxılış məntəqəsindən daşınan mal və nəqliyyat vastitələri ilə bağlı sərhəd və gömrük prosedurlarını tətbiq olunma prinsiplərini müəyyən edəcəklər.
 
Bu saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə tərəflərin sonuncu yazılı bildirişinin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir.
 
Sənəddə qeyd edilib ki, şəxslərin sərhədi avtomobil buraxılış məntəqələrindən keçməsi nəqliyyatdan istifadə etməklə və piyada qaydada həyata keçirilə bilər.
 
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.
 





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.