Hazırda Ukraynada olan Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Buçaya səfər ediblər. Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal məlumat verib.
D. Şmıqal əlavə edib ki, Ukrayna avropalı tərəfdaşları ilə birlikdə Rusiyanın təcavüzünü tez bir zamanda dayandırmağa çalışır.