Səudiyyə Ərəbistanı cari ildə Həcc ziyarəti üçün ölkə daxilindən və xaricdən ümumilikdə 1 milyon ziyarətçini qəbul edəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, ziyarətçilər hər ölkənin payına düşən saya görə müəyyənləşəcək: “Bu il müqəddəs torpaqlarda qəbul ediləcək ziyarətçilərin yaşı 65-dən aşağı olacaq. Ziyarətə gələn şəxslərin COVİD-19 pasportu olması da mütləqdir”.
Qeyd edək ki, ötən il Səudiyyə Ərəbistanı Həcc ziyarəti üçün xaricdən ziyarətçi qəbul etməyəcəyini açıqlamışdı.