Paşinyan Putinlə danışdı - MOSKVAYA GEDƏCƏK
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
 
Senzor.az bildirir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. 
 
N. Paşinyan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyevlə aprelin 6-da Brüsseldə keçirilmiş görüşün nəticələri barədə Rusiya liderini məlumatlandırıb.
 
Tərəflər Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı işlərə başlanması və sülh müqaviləsinin imzalanmasına dair razılaşmanın vacibliyini qeyd ediblər. Vladimir Putin qeyd olunan proseslərə hər cür dəstək verməyə hazır olduğunu bildirib.
 
Bu arada Ermənistan hökumətinin mətbuat xidməti daha bir məlumat yayıb. Məlumata görə, baş nazir Nikol Paşinyan aprelin 19-da Moskvaya rəsmi səfər edəcək.
 
Bildirilir ki, baş nazirin rəhbərlik etdiyi Ermənistan nümayəndə heyətinin səfəri zamanı iqtisadi əməkdaşlıq məsələləri, eləcə də ikitərəfli gündəliyin digər mövzuları müzakirə olunacaq.
 
Xatırladaq ki, bir müddət öncə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan baş nazirinin Rusiyaya səfər edəcəyini demişdi.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.