Pakistan parlamenti aprelin 11-də ölkənin yeni baş nazirinin seçilməsi üçün səsvermə keçirəcək.
Senzor.az bildirir ki, yerli KİV bu barədə spiker səlahiyyətlərini icra edən Ayaz Sadiqə istinadən məlumat yayıb.
Xatırladaq ki, Pakistan Milli Assambleyası (parlamentin aşağı palatası) ötən gecə Baş nazir İmran Xana etimadsızlıq göstərib.
342 deputatdan 174-ü etimadsızlığın lehinə səs verib ki, bu da onu vəzifədən kənarlaşdırmağa kifayət edib.
Beləliklə, İmran Xanın hökuməti istefaya gedib. Yeri gəlmişkən, İmran Xan Pakistanda etimadsızlıq səsverməsi ilə vəzifəsindən uzaqlaşdırılan ilk Baş nazir olub.
Onu da qeyd edək ki, İmran Xan özü müxalifətin hökuməti devirmək cəhdinin arxasında ABŞ-ın dayandığını bəyan edib: “Bir neçə ay əvvəl parlament üzvlərindən bir neçəsi ABŞ-ın İslamabaddakı səfirliyinə gedib və onlara Baş nazirə qarşı etimadsızlıq səsverməsinin keçiriləcəyi bildirilib”.