Qələbəni həzm edə bilməyən "XORA"(Язва)LAR! - KORSUNUZ, LALSINIZ, KARSINIZ ƏGƏR...
RƏŞAD AĞAYEVDƏN ŞİLLƏ KİMİ YAZI

Böyük Zəfərin mahiyyətini dərk edə bilməyənlər və ya bilə-bilə özünü qanmaz, anlamaz kimi aparan, doğrudan da hər şeyin bu qədər asan olduğunu düşünən kifayət qədər (qeyri) insanlarımız, (qeyri)   adamlarımız var!

 

Bu gün çox asanlıqla deyirsiz bu sözü - "Xankəndi"!

Nə var ki, səkkiz hərfdir də!

Nə var ki, dədə-babadan bizim olub da!

Nə var ki, bayrağımızı asmışıq da!

Nə var ki, Zəfər Yürüşümüzü də keçirdik!

Nə var ki, Şuşadan bir daş atsaydıq, ermənilərin başını yarardıq və sair!

 

Amma həqiqətən bu qədər bəsit idimi, bu qədər asan idimi, "su içimi" kimi bir şey idimi Xankəndidə oturmaq, durmaq, gəzmək? Oranı "kişi seyrəngahı"na çevirmək?!!

 

Yox, qəti!!!

 

Xankəndi-Artsax idi "dünənə" qədər!

Xankəndi-Stepanakert idi "dünənə" qədər!

Xankəndi Rusiyanın  güya  

ƏMR(BİL-MƏRUF) lərinin  "исполком"у, icra(iyyə) komitəsi idi dünənə qədər!

 

Xankəndi dünənə qədər dünyanı bizim üstümüzə cumduran və bunu da bəzi hallarda  hamıdan daha yaxşı bacaran, ordu idi!

 

Xankəndi dünənə qədər bizim düşmənlərimizin "plasdarm"ı idi!

 

Bakıya ultimatum göndərən, Azərbaycanı öz ayağına, danışıqlara gətirmək istəyən "tərəf" idi!

 

"Bizimkilər" öz gəlin abırlarını, qeyrət dağarcıqlarını sosial şəbəkələrdə qoruyanda, "Stepanakert" özünü oğlan evi kimi aparırdı! Makron haradan dırmaşmışdı  Şuşa başına?! Rus ayısının min oyunu bir armud ağacının budağında yox, Qarabağda, Şuşada idi! Hoqqa çıxarırdılar ki, yadınızdan çıxıb?

 

Hər evin eyvanında bizi əlində güllə-çiçəklə gözləyən yox idi, "Stepanxana"da! Onlar GÜLLƏbarana hazırlaşırdılar! 

Erməni, ondan bir qız alan əcnəbiyə "Artsax" kompaniyasıdır deyə, üstündə də birini hədiyyə edirdi ki, Azərbaycan   təklənsin. Alınmırdı? Əlbəttə ki, alınırdı! Biz bu gün İtin yiyəsinə, sahibinə qalib gəlmişik, özü də "С Потрахами"

 

Dünyadakı bütün siyasi-iqtisadi masalarda Azərbaycanın blokadası əsas menyu idi! Bu Cırtdanların NƏNƏSİ (PELOSİ) dünyanın Div dövlətlərini üzərimizə gətirməkdə belə, israrlı idi!

"Ac qoyacaqdı" Tomasın qızı bizi!

Hollandiya "Nido"su süddən kəsəcəkdi uşaqlarımızı!

Fransa boynumuzun ardından göstərəcəkdi Eyfeli bizə!

Kanada "Eti"ləri (qar adamı) ilə qorxudurdu bizi!

İtalyanlar Roma "Papa"ları ilə hədələyirdi Allahımızı!

Rusiya boşanıb qaytaracaqdı, tökəcəkdi üstümüzə "bratva"larımızı! Hindistan mal ətindən "SOYUZ" bişirirdi ermənilərlə, zəhərə döndərəcəkdi yeməyimizi!

 

Dünyanın hər yerində təklənmişdik! 

Bizim davamız təkcə Ermənistanla deyildi! Hətta ölkənin beş-altı hərbi jurnalisti ilə də bir kənd almaq olardı Qarabağda!

 

Ola bilər ki, dünya dövlətləri öz eqosuna görə etiraf etməsin, amma mən tam səmimiyyətim ilə deyirəm: "İlham Əliyev Azərbaycanı Üçüncü Dünya  Müharibəsinin qalibidir!"

 

O, dünyanın hər cəbhəsində erməniləri bütün səngərlərdə darmadağın etdi! Amerika Konqresindən tutmuş, qonşu Gürcüstandakı restoranda keçirilən erməni banketinə qədər!

 

Anlayırsınız? Əlimizi indi xəritə üzərində gəzdirməklə deyil, Ali Baş Komandan kilometrlərlə, qarış-qarış, üstündə "milli"metrlə gəzib dolanıb dünyanı, bu gündən ötrü. Dərviş ayrı, FATEH ayrıdır! 

Siz ağlaşıb mərsiyə deyərək, özünüzə yetimlərin epizodik obrazını yaradanda, İlham Əliyev dünya səhnələrində  Baş Qəhrəman kimi çıxış edirdi. Siz ürəynizi sıxanda, Prezidentimizin əlini sıxmaq üçün növbələrə yazılırdı dövlət başçıları!

Siyasi dərslik kursu idi İlham Əliyev kursu! Dünyanın hər dörd cəhətində də QƏLƏBƏ KURSU!

 

Əslində çox yaxşı bilirsiniz ki, itkilərlə zəfər əldə edilmir. Baxın, İsrail və Ərəb dünyasının Qəz(z)ada toqquşmasının ilk günlərinə. Nə qədər itki var? Dünya bu gün "yarısı yerin altında" olan informasiyalar alır itkilər barədə!  Hələ harasıdır? O qırğında ölənlərin "səsi" sonra çıxacaq! 

 

Asan deyil, Davul deyil - Qələbə çalmaq!

Asan deyil, Boyunbağı deyil -  Bayraq taxmaq!

 

Çətindir, çox çətin! Demirəm, gedin Komandanın özündən soruşun. Ehtiyac yoxdur. Zatən, hər çıxışını sizə hesabata çevirir, söyləyir. 

Dronlar, tanklar, təyyarələr, toplar, əsgərlər vuruşur, komandanlar udur! 

 

Kimin yadındadır, Suvorovun ücüncü tabor komandiri? Kimin yadındadır Kutuzovun sağ əli? Kimin yadındadır Elba adasında Napoleon zindanda olanda, ona gizlincə isti yemək gətirən Rus Yefreytorun adı? Bəlkə Jukovun sürücüsünün adı yadınızdadır? Hansı ki, Marşalın  həyatını Allahdan daha çöx o, qurtarmışdı! Ukraynada həlak olanları heç komandirləri belə tanımır!

Amma baxın, bizim Ali Baş Komandana! Adi döyüş tapşırıqlarını yerinə yetirən əsgərinə belə, şəxsən minnətdardır. Özü gedib yoluxur qazisini, qəhrəmanlarını təltif edir, tərif edir, tanıdır, "məşhuri cahan" edir! Hər çıxışında xalqa borclu olduğunu dönə-dönə də, düz də, deyir! Tarixi salnaməyə salır əsgərlərini!  

 

O, bizi təkcə muğam müsabiqələrinin qalibi kimi yox, Şanlı mübarizə qəhrəmanları kimi tərənnüm edir! İlham Əliyev bizim Tarımızın babasının Qılınc olduğuna, Kamançamızın babasının Ox olduğuna, Qavalımızın babasının Qalxan olduğuna hamımızdan çox inandı! Elə bir anda da bizdən ehtiyat etməyərək, bizə tam arxayın olaraq, Azərbaycanla bir yerdə mübarizəyə başladı.

 

Korsunuz, baxa-baxa görmürsünüzsə! 

 

Lalsınız, danışa bilib dilinizə gətirmirsinizsə!

 

Karsınız, eşidə-eşidə eşitməzliyə vurursunuzsa özünüzü!

 

Kimsə yerindən durub car çəkəcək aləmə ki, "Yuxuda gördüm Qarabağı almışıq", "Xankəndiyə bayraq sancmışıq!". Bu qədər asan olub bax, sizin üçün Qarabağın azadlıq məsələsi! Amma sizin bu yuxunuzu  "çin çıxarmaq"dan ötrü, yuxusuz ordu karvanı Rəşadət yolçuluğunda, əzmlə yürüyürdü! Sizin üçün bir "paket" həlli idi Qarabağ! Elə bilirdiniz ki, kiminsə cibinə "beşdən-üçdən" qoysaydılar, məsələ  "şüttamam" həll olunacaqdı! 

Əzizlərim, siz Babadağa "oğlum olsun" niyyəti ilə qalxanda, oğullar sıldırımlarla qalxıb Şuşanı fəth edirdilər. Siz burada yaşmaqlanıb gəzəndə, Prezident üzü açıq, alnı ağ Pandemiya dünyasında Erməni antivirusu sorağında idi! 

 

Asan idi hə, sizcə?! Bu başından o biri başına beş saatlıq yolu olan ölkəsi uzaylara yol açır, dünyaya meydan oxuyur, hə? Siz bu müqəddəs savaş zamanı haralara sapdırmadınız, haralara endirmək istəmədiniz qələbə şücaətini? Hansı zərrəciyə qədər kiçiltmədiniz qələbə mujdəsini?! Ölkənin bütün uğurlarını bir küncə atıb, məişət zəminində baş verən qalmaqalları proritet  xəbər edirdiniz!

 

Evdə isti çay içə-içə Azərbaycan igidinin qəhrəmanlıq videolarını, müsahibələrini izləmək xoş idi, hə? Üstündə də bir "ağlamalı musiqi"! Necədir, yaxşıdır? Yox bir: "Bayraq düz asılmayıb"! İçinizdə qələbə sevinci yoxdur! Öyrəşməmisiniz! 

 

“Yıxılım, qaldırsınlar” istəmisiniz! “Ağlayım, əppək versinlər” istəmisiniz! Siz Qarabağı da elə istəmisiniz! Ağlaya-ağlaya, mızıldaya-mızıldaya! 

 

Hə, aldılar Qarabağı, verdilər sizə! Heç olmasa sevinin! Açığı, inanmıram sevincinizə də! Sevinməkdən əsər-əlamət yoxdur sir-sifətinizdə! O  böyük, qürurlu hissi yaşamaqdan ötrü Qələbənin nə olduğunu bilmək, Dövlət-Xalq uğurunu həzm edə bilmək lazımdır! 

 

Həzm edə bilmirsinizsə, deməli, içinizdə ciddi problem, xəstəlik var! "ZOND UDUN! Ya da  heç ehtiyac yoxdur! Mən dəqiq bilirəm: Siz XORA(язва)sınız!

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.