Tramp: İran və ABŞ arasında saziş iyunun 14-də imzalanacaq
VİDEO

İran və ABŞ arasında sazişin imzalanması bazar gününə (iyunun 14-ü - Qeyd) planlaşdırılıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" şəbəkəsində yazıb.

 

Onun sözlərinə görə, Barak Obamanın prezidentliyi dövründə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planı İrana nüvə silahının hazırlanmasına başlamağa imkan verib. Vaşinqton və Tehran arasındakı hazırkı sövdələşmə isə dünyada nüvə təhlükəsizliyinə zəmanət verərək Birgə Hərtərəfli Fəaliyyət Planının tam əksini təşkil edir: "Mənim İranla sazişim bunun tam əksidir, nüvə silahının olmaması yolunda divardır! Faktiki olaraq, onlar artıq nüvə silahı istəmirlər və ona sahib olmayacaqlar - nə satın alma, nə hazırlama, nə də hər hansı digər əldə etmə forması ilə.

 

Sövdələşmənin imzalanması sabaha planlaşdırılıb və bundan dərhal sonra Hörmüz boğazı hamı üçün açıq olacaq".

 

O əlavə edib ki, tərəflər arasındakı münasibətlər əvvəlkindən xeyli yaxşılaşıb. Ağ Ev rəhbəri deyib ki, ABŞ zənginləşdirilmiş uranı da İrandan çıxarmağı planlaşdırır:

 

"Biz gələcəkdə İranla və bütün Yaxın Şərqlə əməkdaşlığı səbirsizliklə gözləyirik. Ümid edirəm ki, bu proses sürətli və asan keçəcək. Əgər belə olmasa, son alternativimiz mövcuddur. Ümid edirəm ki, onu bir daha heç vaxt tətbiq etmək lazım gəlməyəcək!", - Tramp fikrini yekunlaşdırıb.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.