
Naxçıvanda hökm sürən əlverişsiz hava şəraitinin davam etməsi səbəbi ilə 14 iyun 2026-cı il tarixi üçün planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareyslər ləğv olunub.
Senzor.az bildirir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Mətbuat xidmətindən məlumat verilib.
"Hava şəraiti sabitləşdikdən sonra reyslərin icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar", - deyə Mətbuat Xidmətindən vurğulayıblar.