
Bir müddət əvvəl Ermənistanın sabiq prezidenti Robert Köçəryan Zvartnots hava limanından ölkəni tərk etməyə cəhd edib.
Senzor.az bildirir ki, bu barədə Ermənistanın bir sıra “Telegram” kanallarında məlumat yayılıb.
Məlumata görə, hüquq-mühafizə orqanları buna mane olaraq onun ölkəni tərk etməsinin qarşısını alıb.
Robert Köçəryanın oğlu Levon Köçəryan atasının ölkədən çıxmasına icazə verilməməsini hakimiyyətin növbəti qanunsuz addımı adlandırıb: “Bu, hakimiyyətin növbəti qanunsuz addımıdır. Onların belə bir hərəkət etmək hüququ yoxdur. Biz əvvəlcədən məlumat vermişdik ki, o, bir neçə günlük ölkədən gedəcək. Bunu ona görə etmişdik ki, sonradan xalqı guya onun qaçdığı barədə yanlış məlumatlarla çaşdırmağa çalışmasınlar. Sadəcə olaraq, heç bir izahat vermədən buna mane oldular”, - deyə Levon Köçərya bildirib.
Qeyd edək ki, keçmiş prezidentin ofisi daha əvvəl onun üç günlük xaricə səfər etmək planları barədə həqiqətən də açıqlama yaymışdı. Bildirilmişdi ki, səfər şəxsi xarakter daşıyır və əvvəlcədən planlaşdırılıb.