Ərdoğan süni intellekt üzrə Türkiyənin
YENİ HƏDƏFİNİ AÇIQLADI

Bu gün İstanbulda keçirilən Süni İntellekt Zirvəsində “Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən tədbirdən əvvəl sənaye və texnologiya naziri Mehmet Fatih Kacır ictimaiyyətə ölkəsinin “düşünən süni intellekti” adlandırılan “Bilge” barədə məlumat verib.

 

Tədbirdə yeni Fəaliyyət Planını açıqlayan Türkiyə Prezidenti bunun “fərqinə varmaq”, “istifadə etmək”, “istehsal etmək” və “idarə etmək” olmaqla dörd əsas istiqamət üzərində qurulduğunu deyib.

 

Bildirilib ki, ilkin mərhələdə hər yaşdan olan vətəndaşların süni intellekti düzgün anlamasını və ondan təhlükəsiz istifadə etməsini təmin etmək məqsədilə “Milli Süni İntellekt Savadlılığı Proqramı” həyata keçiriləcək. Ölkənin 81 vilayətində təşkil ediləcək süni intellekt savadlılığı emalatxanaları vasitəsilə 2 il ərzində 5 milyon vətəndaş təlimlərə cəlb olunacaq. 10 min yüksəkixtisaslı süni intellekt mütəxəssisi və 100 min süni intellekt tətbiqləri üzrə peşəkar kadr yetişdiriləcək.

 

Bundan əlavə, ölkə başçısı qeyd edib ki, layihəyə əsasən, səhiyyə, kənd təsərrüfatı, müdafiə və elektron ticarət başda olmaqla, ən azı 2 min dövlət məlumat bazası Milli Məlumat Kitabxanası vasitəsilə xalqın istifadəsinə veriləcək. Dövlət investisiya proqramlarında süni intellekt layihələrinə ən azı 2 faiz pay ayrılacaq. 2030-cu ilədək Türkiyənin məlumat mərkəzlərinin quraşdırılmış gücü ən azı 1 giqavat səviyyəsinə çatdırılacaq.

 

Məlumat mərkəzləri, bulud texnologiyaları və süni intellekt infrastrukturları sahəsində özəl sektorun üstünlük təşkil etdiyi mərkəzlərə ən azı 10 milyard ABŞ dolları həcmində investisiya ayrılacaq.

 

İstanbulu süni intellekt sahəsində Türkiyənin beynəlxalq vitrini və sərmayə diplomatiyası şəhəri halına gətirməyi, ölkəsini süni intellekt dövrünün qabaqcıl ölkələri arasına çıxarmağı hədəflədiklərini qeyd edən Prezident planın dövlət qurumları, özəl sektor, universitetlər və tədqiqat mərkəzlərinin birgə töhfəsi ilə həyata keçiriləcəyini vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.