Pxenyan ABŞ və müttəfiqlərinin təhdidlərinə cavab verdi: KXDR NÜVƏ SİLAHINDAN İMTİNA ETMƏYƏCƏK
VİDEO

Koreya Xalq Demokratik Respublikasının (KXDR) nüvə silahından imtina etməsi mövzusu gündəlikdən tamamilə və həmişəlik çıxarılıb.

 

Senzor.az bildirir ki, Şimali Koreya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsinin Koreya Mərkəzi Teleqraf Agentliyi tərəfindən dərc olunmuş bəyanatında belə deyilir.

 

"ABŞ və onun müttəfiqlərinin boş anti-Koreya ritorikası, eləcə də razılaşdırılmış təhdidləri bizim nüvə dövləti kimi dəyişməz statusumuza təsir edə bilməz, denuklearizasiya məsələsi yenidən baxılma imkanı olmadan, birdəfəlik bağlanıb", - sənəddə qeyd olunur.

 

XİN-dən xüsusilə qeyd ediblər ki, ölkənin nüvə silahı sahibi kimi mövqeyi dönməzdir: "Vaşinqton, Tokio və Seul hansı səyləri göstərsə də, KXDR-in hazırkı mövqeyini dəyişdirə bilməyəcək".

 

Bundan əlavə, XİN Pxenyanın respublika rəhbərliyi tərəfindən xarici təhdidlərə hazır olmaq və regionda sabitliyi qorumaq üçün qanuni mexanizm kimi baxılan nüvə müdafiə potensialını gələcəkdə də artırmaq niyyətinə diqqət çəkib. "Qeyri-dost dövlətlər tərəfindən nüvə silahının tətbiqi ilə bağlı davamlı təhdidlər fonunda mövcud qüvvə və resursların bütün arsenalından istifadə etməklə hərbi-texniki əks-tədbirlər üzərində iş aparılır", - XİN nümayəndəsi fikrini yekunlaşdırarkən vurğulayıb.








Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.