Zelenski: Ukrayna dronları Rusiyada strateji neft obyektini və "Azot" zavodunu vurub - VİDEO

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) pilotsuz uçuş aparatları Rusiyanın Yaroslavl vilayətində yerləşən neft obyektinə zərbə endirib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial mediada məlumat paylaşıb.

 

Zelenskinin sözlərinə görə, hədəf Ukrayna sərhədindən 700 kilometrdən çox məsafədə yerləşib və Rusiya üçün mühüm əhəmiyyət daşıyıb.

 

Prezident bildirib ki, Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Tula vilayətində yerləşən "Azot" müəssisəsinə də zərbə endirib. Onun sözlərinə görə, bu müəssisənin fəaliyyəti partlayıcı maddələrin istehsalı imkanları ilə birbaşa əlaqəlidir.

 

Zelenski əlavə edib ki, hücumlar fonunda Rusiyanın altı hava limanında uçuşlara məhdudiyyət tətbiq olunub. O qeyd edib ki, ötən axşamdan etibarən ümumilikdə Rusiyanın 28 regionunda hava təhlükəsi elan edilib.

 

"İşğalçıların Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindəki hərbi logistikasına da zərbələr endirilib. Ukrayna Rusiyaya qarşı uzaqmənzilli sanksiyalar planını həyata keçirir və Rusiyanın bu müharibəni dayandırmaqdan imtina etməsinə cavab olaraq müəyyən orta mənzilli zərbə tapşırıqlarını yerinə yetirir", - deyə Zelenski vurğulayıb.

 

Ukrayna Prezidenti bildirib ki, Kiyev Rusiya rəhbərliyinə danışıqlar üçün bütün mümkün formatları təklif edib. Onun sözlərinə görə, Moskvanın cavabı isə yalnız aqressiyanın davam etdirilməsi və genişləndirilməsi cəhdləri olub.

 

"Tamamilə məntiqlidir ki, müharibə gəldiyi yerə qayıdır", - deyə Zelenski əlavə edib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.