Məlum olduğu kimi, məşhur yazıçı Çingiz Abdullayev ATV kanalında yayımlanan "Xəbərin olsun" verilişinin canlı efirində onun əsərlərini aşağılayan xanım aparıcısını məhkəməyə verməyə hazırlaşır. Özü də xüsusi ittiham qaydasında...
Senzor.az bildirir ki, Real Təhlil və İnformasiya Mərkəzinin rəhbəri Mir Şahin Ağayev Real TV-nin efirində yayımlanan “Mir Şahinin vaxtı” proqramının dünən axşamkı buraxılışına bu məsələni xatırlatmaqla başlayıb.
Mir Şahin Ağayev deyib: “Əlbəttə, xoş mənzərə deyil. Azərbaycanın beynəlxalq miqyasda ən çox tanınmış qələm adamının əsərləri haqqında milyonlarla tamaşaçı qarşısında alçaldıcı məzmunda danışmaq yaxşı deyil. Və buna yol vermiş aparıcımızın yerinə şəxsən mən həm yazıçımızdan, həm də Çingiz Abdullayevin çoxmilyonlu oxucu auditoriyasından üzr istəyirəm. Amma mövzunu da bağlamıram. Çünki...”.
Gəlin hər şeyi Ustad jurnalistin öz dilindən eşidək...