Tokayev yeni müdafiə naziri təyin etdi - FOTO

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hərbi təlimlər zamanı hərbçilərin həlak olması ilə əlaqədar müdafiə naziri Dauren Kosanovu vəzifəsindən azad edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Qazaxıstan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

 

Qeyd edək ki, Kosanov 2025-ci ildə Qazaxıstanın müdafiə naziri təyin edilmişdi. O, sentyabr ayında Tokayev tərəfindən bu vəzifəyə yenidən təyin olunmuşdu.

 

Bundan sonra Prezident ölkənin Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) komandanı Aydos Mırzaxmetovun müdafiə naziri təyin edilməsi haqqında fərman imzalayıb.

 

Dövlət başçısının digər fərmanı ilə A.Mırzaxmetov əvvəl tutduğu vəzifədən azad edilib.

                                                    Dauren Kosanov

Nazirin dəyişdirilməsi Qazaxıstanın Xəzər dənizində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olmasından sonra baş verib. Xatırladaq ki, hadisə sentyabrın 24-də Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı qeydə alınıb. Hərbçilərin olduğu qayıq sahilə çıxarılarkən hava şəraiti kəskin pisləşib və faciə baş verib.

 

Nəticədə 14 hərbçi həlak olub, 3 nəfər isə xilas edilib. Faciənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.