
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Rusiya Hökuməti sədrinin müavini Aleksandr Novak ilə görüşüb.
Senzor.az bildirir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Qeyd olunub ki, görüş zamanı Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin, xüsusilə ticarət-iqtisadi sahədə, o cümlədən sənaye, energetika, nəqliyyat və logistika sektorları üzrə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.