Türkiyəli professor Azərbaycanla bağlı paylaşımına görə ÜZR İSTƏDİ
FOTO

Türkiyənin Necmettin Erbakan Universitetinin professoru Selahattin Avşaroğlu Azərbaycana qarşı kampaniyaya qoşulduğu üçün üzr istəyib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, sosial şəbəkə hesablarnda yazıb.

 

"Əziz sosial şəbəkə izləyicilərim. Dünəndən bəri Azərbaycan nümayəndə heyəti ilə əlaqədar paylaşımlar oldu, əfsuslar olsun ki, mən də yanıldım. Gördüyümüzə inandıq.

 

İndi hadisələrə yaxından bələd olan bir dostumuz xəbərdar etdi. Yeddi nəfərlik nümayəndə heyətindən yalnız onu (Məqsəd Hüseynov - red.) zalda müşahidəçi qismində saxlayıb, digər nümayəndələr isə çıxıblar. Zalı tərk edən ölkələr də elə ediblər. Üzr istəyirəm..." - deyə tanınmış alim paylaşımında vurğulayıb.

 

Xatırladaq ki, BMT Baş Assambleyasının 81-ci sessiyasında İsrailin Baş naziri Benyamin Netanyahu çıxışına başlayarkən bir sıra müsəlman ölkələrin nümayəndə heyətləri zalı tərk etsə də, Azərbaycanın nümayəndəsi zalda qalmışdı.

 

Bununla əlaqədar olaraq, son günlər Türkiyədə bir sıra sosial şəbəkə istifadəçiləri Azərbaycanla bağlı mənfi fikirlər səsləndirmişdilər.


Türkiyəli alim Azərbaycanla bağlı paylaşımına görə ÜZR İSTƏDİ - FOTO









Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.