
ABŞ-ın dörd aparıcı telekanalı bazar günündən etibarən ölkə Prezidenti Donald Trampın iştirakı ilə keçirilən tədbirlərin işıqlandırılmasını bərpa edəcək.
"The New York Times" qəzeti bu barədə mənbələrə istinadən xəbər verib.
Qeyd olunur ki, daha əvvəl Ağ Evin mətbuat qrupuna daxil olan və növbə ilə Trampı müşayiət edərək onun iştirakı ilə olan görüntüləri yaymalı olan beş telekanal - ABC, CBS, CNN, "Fox News" və NBC, Prezidentin CNN, MS NOW telekanalları və "Politico" qəzetinin Ağ Evə girişinə qadağa qoyması səbəbindən bundan imtina etmişdilər.
Nəşrin məlumatına görə, bazar günü ABC, CBS, "Fox News" və NBC Ağ Evdəki vəzifələrinə icra etməyə qayıdacaqlar.
Oxu.az xatırladır ki, sentyabrın 18-də Tramp administrasiyası haqqında yalan məlumatlar yaydıqlarına görə CNN, MS NOW və "Politico" jurnalistlərini Ağ Evə buraxılış hüququndan məhrum etdiyini bəyan etmişdi.
Sonradan Kolumbiya dairə məhkəməsi Trampın qərarını ləğv etsə də, dövlətin birinci şəxslərinin təhlükəsizliyinə cavabdeh olan Məxfi Xidmət CNN, MS NOW və "Politico" jurnalistlərini Ağ Evə buraxmamışdı. Vaşinqton administrasiyası yalnız sözügedən KİV nümayəndələrinin məhkəməyə təkrar müraciətindən sonra bununla razılaşıb.