
Konqo Demokratik Respublikasında kiçik hərbi yük təyyarəsi qəzaya uğrayıb, azı 14 nəfər həlak olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, ölənlər arasında Konqo Hərbi Məhkəməsinin sədri general Motombo Katalay Tindi və Silahlı Qüvvələrin Baş müfəttişi Bakumi Likulya də var.
Qeyd olunub ki, Kikvetdən Kinşasaya uçan təyyarədə texniki nasazlıq baş verib. Kincidə qəza enişi cəhdi uğursuz alınıb və təyyarə yaşayış məntəqəsinə düşüb.
Hadisə ilə bağlı təhqiqata başlanıldığı bildirilir.