Ərdoğan: Müharibə cinayətkarları BMT kürsüsündə yox, məhkəmə zallarında olmalıdırlar - VİDEO

"Müharibə cinayətkarları BMT kürsüsündə deyil, məhkəmə zallarında olmalıdırlar".

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən 29-cu Beynəlxalq Biznes Forumunun bağlanış mərasimində deyib.

 

"Müharibə cinayətkarları BMT kürsüsündə olmamalıdırlar, onların yeri məhkəmə zallarındadır və orada tökdükləri qana görə cavab verəcəklər", -deyə o qeyd edib.

 

Türkiyə Prezidentinin sözlərinə görə, soyqırımı törədənlər ədalət və tarix qarşısında məsuliyyət daşımasalar, bu cür cinayətlər təkrarlana bilər.

 

Ərdoğan həmçinin bildirib ki, Fələstin xalqı tək deyil və dəstəksiz qalmayıb: "Qəzzadakı qardaş və bacılarımız ədalət uğrunda mübarizədə tək deyillər".

 

Onun sözlərinə görə, region böhranların tammiqyaslı fırtınasını yaşayır və Türkiyə baş verən hadisələrin mərkəzindədir.

 







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.