Türkiyə daha bir kritik mərhələni məharətlə keçdi - ÖZÜNÜN DÖVLƏT AĞLI VƏ MİLLİ İRADƏSİ SAYƏSİNDƏ
ELXAN ŞÜKÜRLÜNÜN ŞƏRHİ

Ciddi iqtisadi çətinliklər məngənəsinə salınan qardaş Türkiyə Cümhuriyyəti özünün dövlət ağlı və milli iradəsi sayəsində daha bir təhlükədən yayınmağı, kritik mərhələni məharətlə keçməyi bacardı. 

 

2023-cü ilin mayındakı prezident və parlament seçkilərində hakim partiyanın öz qələbəsini təmin etmək üçün saxtalaşdırmaya gedəcəyini və siyasi baxımdan iki qütbə bölünmüş Türkiyə cəmiyyətində qarşıdurma, kütləvi iğtişaşlar yaranacağını, beləliklə də, Ərdoğan hökumətinin ciddi nüfuz itkisinə məruz qalacağını və daxildən sarsılacağını, yenidən Qərbdən asılı hala düşəcəyini gözləyən dairələr bu dəfə eyni əhvalla 31 martdakı bələdiyyə seçkilərinə köklənmişdilər.

 

Ancaq 2023-cü ilin 14-28 mayında olduğu kimi, 2024-cü ilin 31 martında da Türkiyənin dövlət ağlı proseslərin dinc, ağrısız, siyasi təlatümsüz və xaricilərin deyil, ölkənin öz ssenarisinə uyğun keçməsini uğurla təmin edə bildi. 

 

Hakim partiyanın Türkiyənin İstanbul, Ankara, İzmir kimi böyük şəhərlərində öz namizədlərinin qələbəsini təmin etmək üçün hər hansı əyri yollara əl atmaması, halal və dürüst seçki keçirməsi, Türkiyə xalqının da ABŞ və Avropanın özünə nümunə olacaq seçki mədəniyyəti ortaya qoyması, hər şeydən əvvəl, son illlər Ərdoğanın “islamçı diktator”, “avtoritar lider” obrazını yaradan, Türkiyənin də demokratiyaya hazır olmadığını iddia edərək, nəinki Avropa İttifaqından, hətta Baydenin “demokratiya sammitləri”ndən belə uzaq tutmağa çalışan bütün Qərb təbliğatını tamamilə ifşa və alt-üst etmiş oldu!

 

CHP-nin bələdiyyə seçkilərindəki uğurunu Qərbin Türkiyəni yenidən tamamilə öz çətiri altına qaytaracağı kimi dünən gecədən sosial şəbəkələrdə başladılmış nikbin notlu təbliğatın isə o dərəcədə əsası yoxdur. 

 

Çünki Türkiyənin mövcud hakimiyyəti üçün ən kritik dönəm məhz 2023-2024-cü illər, xüsusən də bu dönəmdə keçiriləcək prezident, parlament və bələdiyyə seçkiləri sayılırdı və Türkiyə artıq onun üçün “böhran situasiyası” yaradacaq bu mərhələni dünəndən etibarən, geridə buraxaraq, artıq sabit bir mərhələyə qədəm qoyur. 

 

Böyük şəhər bələdiyyələrininin əksəriyyətinin rəqiblərinin nəzarətinə keçməsinə baxmayaraq, həm prezident postu, həm də parlamentdə üstünlük Ərdoğanın komandasındadır və bu hal imkan verəcək ki, Ərdoğan hakimiyyəti bundan sonra daha cəsarətlə həm ölkənin Qərbdən asılı olmayan xarici siyasət kursunu, həm də seçkinin üzə çıxardığı daxili problemlərin həlli istiqamətində daha fəal şəkildə “yenidənyüklənmə”ni həyata keçirsin.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.